Nigeriya yaxınlığında dəniz quldurlarının hücumuna məruz qalan “Motsart” gəmisinin heyət üzvlərindən biri olan Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi İstanbula gətirilib, daha sonra ölkəsinə göndərilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bu yaxınlarda Qvineya yaxınlığında bir ekipaj üzvü türklər olan və Liberiya bayrağı altında üzən gəmi dəniz quldurları tərəfindən qaçırılıb. Nigeriya quldurları tərəfindən 15 personal girov götürülüb. İlkin təsbitlərə görə, 19 nəfərlik ekipaj üzvünün arasında olan Azərbaycan vətəndaşı, gəminin mühəndisi Fərman İsmayılov öldürülüb.
Fərman İsmaılovun cənazəsi bu gün erkən saatlarda Qabonun paytaxtı Librevildən bir Türkiyə Hava Yolları təyyarəsi ilə İstanbula gətirilib. İsmaılovun cəsədini daşıyan təyyarə Azərbaycana tərəf yola düşüb.