5 Fevral 2021 17:40
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 138 yeni yoluxma faktı qeydə alınıb, 329 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 230 907 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 760 nəfər müalicə olunaraq sağalıb, 3 153 nəfər vəfat edib, aktiv xəstə sayı 2 994 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 133, ötən müddət ərzində isə ümumilikdə 2 439 718 test aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər