12 Fevral 2021 11:29
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Açıq havada əgər tək gedirsinizsə, maska taxmaya bilərsiniz. Elə bir qayda yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva REAL TV-yə müsahibəsində deyib.

“Əgər biz sosial ərazilərdəyiksə, o zaman maska taxmalıyıq. Əgər bulvarda və yaxud parkda yürüşə çıxmısınızsa və yanınızda adam yoxdursa, maskasız gəzə bilərsiniz. Bu iş məntiqə əsaslanmalıdır. Sırf inzibati qaydadır deyə sizin maska taxmağınıza ehtiyac yoxdur. Elə bir qayda da yoxdur”, - həkim-infeksionist qeyd edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə ötən ilin noyabr ayından açıq havada maska taxmaq məcburi olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər