23 Fevral 2021 10:01
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Yalçın Rzazadə bu gün dəfn ediləcək.

Xalq artistinin oğlu Orxan Rzazadə Teleqraf.com-a açıqlamasında mərhumun dəfni haqqında bu sözləri deyib:

"Əgər Yalçın Rzazadəni Fəxri Xiyabana layiq bilsələr, orada dəfn ediləcək. Layiq görməsələr, biz planlaşdırdığımız yerdə dəfn edəcəyik. Planda bir-iki qəbiristanlıq var. Məsləhət edib, harada dəfn edilməsini dəqiqləşdirəcəyik.

Mədəniyyət Nazirliyinə müraciət edilib, cavab gözləyirik. Digər tərəfdən müraciət etməyə də ehtiyac yoxdur. Bütün Azərbaycan xalqı bilir ki, Yalçın Rzazadə rəhmətə gedib".

Qeyd edək ki, Yalçın Rzazadə ötən gün axşam saatlarında 74 yaşında dünyasını dəyişib.


Müəllif: Rəqsanə Həsənova