18 Mart 2021 16:08
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri Novruz bayramı öncəsi şəhidlərin əziz xatirəsini yad ediblər.

Teleqraf.com xəbər verir ki, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Kəpəz və Nizami rayon icra hakimiyyətlərinin başçıları, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, millət vəkilləri, din xadimləri, ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Niyazi Bayramov Şəhidlər Xiyabanında ucaldılan əbədi məşəl abidəsinin önünə əklil qoyub, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın xatirəsinə öz ehtiramını ifadə edib. Daha sonra digər mərasim iştirakçıları da abidəni ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Şəhid məzarları ziyarət olunub, onların ruhuna dualar oxunub.

Bununla yanaşı, şəhər rəhbərinin tapşırığına əsasən, Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları şəhid ailələrini ziyarət edib, onları Novruz Bayramı münasibətilə təbrik ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər