1 Aprel 2021 16:21
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi Təhsil Nazirliyi aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilini nəzərdə tutur.

Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Nazirlik şagirdlərə “Dərs vaxtı” teledərslərini izləməyi tövsiyə edir.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, analoji qərar bağçalara və hazırlıq kurslarına şamil olunmur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər