12 Aprel 2021 18:25
372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Nəsimi rayonunda 35 min abonentin təbii qaza olan tələbatını fasiləsiz və təhlükəsiz şəkildə təmin etmək məqsədilə təmir işləri aparılır.

Bu barədə Teleqraf.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Dilarə Əliyeva küçəsindən başlayaraq Kövkəb Səfərəliyeva küçəsi istiqamətindən Neftçilər prospektinədək istismar müddəti başa çatmış qaz xəttinin yenilənməsi işləri həyata keçirilir. Diametri 530 mm olan polad boru ilə çəkilmiş qaz xətti uzunluğu 800 metr, diametri 400 mm olan polietilen boru ilə əvəzlənir.

İşin həcmi böyük olduğundan təmir işi gedən əraziyə çox sayda maşın-mexanizmlər, işçi qüvvəsi cəlb olunub. Qaz xətlərinin yenilənməsi işlərini “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi icra edir.

İşin həcmi böyük olduğundan təmir-tikinti prosesinin aprel ayının sonunadək davam edəcəyi gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər