Dünən koronavirusdan dünyasını dəyişən əməkdar artist Baloğlan Əşrəfov bu gün səhər saatlarında dəfn edilib.
Əməkdar artistin dostu, müğənni Yusif Mustafayev Teleqraf.com-a açıqlamasında Baloğlan Əşrəfovun Masallı rayonun Bədəlan kəndində dəfn olunduğunu deyib: "Baloğlan Əşrəfov kənd camaatının iştirakı ilə dəfn edildi. Bütün karantin qaydalarına riayət olundu. Mərasim polislərin müşayiəti ilə aparıldı".
Qeyd edək ki, Baloğlan Əşrəfov saytımıza açıqlamasında ev şəraitində müalicə olunduğunu və özünü təcrid etdiyini söyləmişdi.