"İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "All Digital Month" (Rəqəmsal Ay) layihəsi başa çatıb.
Birlikdən Teleqraf.com-a verilən məlumata görə, rəqəmsal ay layihəsi pandemiya şəraitində aktiv və sosial həyat tərzindən uzaqlaşan gənclər üçün faydalı bir fürsətə çevrilib. Layihə çərçivəsində reallaşdırılması nəzərdə tutulan fəaliyyətlər uğurla yekunlaşıb.
Layihə iştirakçıları beynəlxalq layihələrdə iştirak, xaricdə təhsil, media savadlılığı, CV və motivasiya məktublarının yazılması, rəqəmsal marketinq, milli musiqi, startaplar, karyera seçimi, jest dili, hüquq kimi mövzularla bağlı müzakirələrdə, həmçinin yazıçı və bəstəkarlarla onlayn görüşlərdə iştirak edərək onları maraqlandıran suallara cavab tapıblar.
Layihə ilə bağlı statistik məlumatlara gəlincə, dövr ərzində 3 TV, 1 radio verilişdə iştirak edilib, 48 mətbuat orqanında 58 xəbər işıqlandırılıb.
Layihədə ümumilikdə 517 nəfər iştirak edib ki, onlarla 12 fərqli mövzuda 12 təlim keçirilib.
Qeyd edək ki, layihə 25 mart -25 aprel tarixlərini əhatə edib. Ötən mövsüm uğurla həyata keçirilən layihədə 300-dan çox gənc iştirak edərək müxtəlif bilik və bacarıqlara yiyələniblər.