13 May 2021 21:14
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 21015 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 158 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 748 525, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 019 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 729 173 təşkil edir.


Müəllif: Teleqraf.com