Ləki–Qəbələ birxətli dəmir yolunun açılışı regional turizm üçün önəmli hadisədir. Azərbaycan kimi coğrafi baxımdan kiçik olan ölkələrdə qatarla səyahət çox vacibdir. Bu, Şəki-Zaqatala, Qəbələ-İsmayıllı regionunun turizm potensialının artırılması baxımından çox önəmlidir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov deyib.
Onun sözlərinə görə, Qəbələ həm daxili, həm də gəlmə turizm baxımından Azərbaycanın əsas mərkəzlərindən hesab olunur: "Bu baxımdan ilin bütün mövsümlərində Qəbələ turist cəlb edən yeganə distansiyalardandır. Çünki burada həm qış turizm növləri, həm də yayda turizm üçün yetərli qədər imkanlar var. Bu gün qatarın məhz Qəbələyə çəkilməsi təsadüfi deyil və olduqca vacibdir".