Dünyada tüğyan edən pandemiya səbəbindən turizm ən çox ziyan görən sahədir. Amma hazırda dünyada bu istiqamətdə optimist fikirlər var.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov deyib.
Elgün Cavadovun sözlərinə görə, turizm sektoru ölkənin nə qədər tez pandemiyaya qalib gəlməsi, vaksinasiyanın hansı müddətdə effektli olması, sərhədlərin açılmasından asılıdır.