25 May 2021 12:55
358
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda COVID pasportu tətbiq olunacaq.

Teleqraf.com-un məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Prezidentin köməkçisi bildirib ki, iki doza vurulanlara vaksin sertifikatı veriləcək: “İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVID pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVID pasportu tətbiq olunacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər