15 İyun 2021 10:49
294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

Teleqraf.com Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, məqsəd çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.

Mövsümi xarakterli dəyişikliyə əsasən, sabahdan

101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinə qədər;

107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinə qədər;

146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Şüvəlan” çimərliyinə qədər;

179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinə qədər;

180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinə qədər;

182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Mərdəkan” çimərliyinə qədər;

189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhic” bağlarına qədər təşkil ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər