18 İyun 2021 15:55
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokuror Kamran Əliyev özünə yeni köməkçi təyin edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Saleh Hacıyev Baş prokurorun köməkçisi təyin edilib.

Qurumun Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

Xatırladaq ki, bu barədə ilk xəbəri sabah.az saytı yayıb.


Müəllif: Teleqraf.com