4 Noyabr 2014 18:04
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşnehi qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş əsnasında səfir etimadnaməsinin surətini nazirə təqdim edib.

E.Məmmədyarov səfirə yeni diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir N.İ.Məhəmməd Əl-Habaşneh ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.


Müəllif:

Oxşar xəbərlər