30 İyun 2021 17:03
316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri QHT-lərlə fəaliyyət sahələrinə uyğun silsilə onlayn görüşlərin keçirilməsinə başlamışdır.

İlk olaraq Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərova əlaqələndirici olaraq Ailə, qadın, uşaq və gender məsələləri istiqaməti üzrə sahəvi QHT-lərin rəhbərləri və fəalları ilə görüş keçirmişdir.

“Zoom” üzərindən təşkil edilən tədbirdə Agentliyin İcraçı direkroru Fuad Dərgahlı qurumun məqsəd və vəzifələri, strategiyası barədə çıxış etmiş, gələcək planları haqqında iştirakçılara məlumat vermişdir.

Daha sonra G.Səfərova müvafiq sahə üzrə fəaliyyət göstərən QHT-lərin mövcud vəziyyətləri, problemləri və Agentliklə sıx əməkdaşlıq üçün fikirləri, habelə gələcəkdə nəzərdə tutulan qrant müsabiqələrinin mövzuları istiqamətində fikir mübadiləsi aparılması məqsədi ilə istirakçıların müzakirələrə qoşulmasını təklif etmişdir. Səsləndilən müxtəlif təkliflər və fikirlər arasında regionalardakı QHT-lərlə işin gücləndirilməsi, QHT-lərin fəaliyyət xəritəsinin hazırlanması, icra edilən layihələrin prioritetlərinin müəyyənləşdirilməsi və effektiv nəticələrinin əldə edilməsi məqsədi ilə daha böyük həcmli qrantların verilməsi, Bakıda və rayonlarda fəaliyyət göstərən uşaq və qadın sığınacaqlarının əlaqələndirilməsi təklifləri səsləndirən iştirakçılar, həmçinin şəhid xanımlarına peşə kurslarının keçirilməsi və onlara iş imkanlarının yaradılmasını, o cümlədən işğaldan azad olunmuş torpaqlarda yeni layihələrin həyata keçirilməsini xüsusi vurğulamışlar.

Müzakirələr zamanı QHT potensialının inkişafı üçün xüsusi proqramların Agentlik tərəfindən hazırlanması və icrası, bu sahədə kadr potensialının və texniki bazasının gücləndirilməsinə xüsusi önəm verilməsi, QHT sektoru fəallarının ölkədə vətəndaş cəmiyyəti sahəsində günün tələblərinə cavab verən təşəbbüs və təkliflərlə çıxış etmələrinə dair fikirlər də səsləndirilmişdir.

G.Səfərova qeyd etmişdir ki, həm onun, həm də Agentliyin Müşahidə Şurasının bir sıra digər üzvlərinin təşkil edəcəyi belə görüşlər iyul ayı ərzində davam etdiriləcək, QHT rəhbərləri və fəalları ilə bu sektordakı aktual məsələlər ətrafında müzakirələr keçiriləcəkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər