10 İyul 2021 16:18
396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, tədbir zamanı rayonun Tuğ kəndi ərazisində 322 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən aşkar edilərək məhv edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər