24 İyul 2021 17:10
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19-un mutasiya keçirmiş növü olan Delta ştammı haqqında tədqiqatlar davam etməkdədir. Çinli elm adamları mutasiyanın niyə sürətli yayılmasını öyrənmək üçün araşdırma aparıblar.

Teleqraf.com xəbər verir ki, Delta ştammına yoluxmuş 63, COVID-19 virusuna yoluxmuş 62 xəstə tədqiqata cəlb edilib.

Məlum olub ki, Deltanın sürətlə yayılmasına səbəb yoluxduqdan sonra bədəndə onun sürətlə özünü kopyalamasıdır.

Deltaya yoluxanlarla təmasda olub, xəstəliyə tutulanların sayı COVID-19 xəstəsi ilə təmasda olanlardan 1000 qat çoxdur. Bu ştamm COVID-19-la müqayisədə 2-3 qat sürətlə yayılır.

Alimlərin fikrincə, bu kəşf Deltanın müalicəsində ümidli faktor sayıla bilər.

İngiltərənin “King's College” təhsil mərkəzinin mütəxəssisləri hesab edir ki, xəstəlik hazırda özünü daha fərqli aparır. Mütəxəssislər bildirirlər ki, virusda yeni simptomlar aşkarlanmağa başlayıb. Artıq yaşı 40-dan aşağı olan şəxslərdə baş ağrısı, boğaz ağrısı və burun axıntısı ən çox rast gəlinən simptomlar arasında yer alır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər