12 Avqust 2021 14:30
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ombudsman Aparatı Ermənistan tərəfinin Azərbaycana qarşı sərhədyanı və işğaldan azad edilmiş ərazilərimiz ətrafında törətdiyi təxribatlarla bağlı bəyanat yayıb.

Teleqraf.com-un məlumatına görə, məlumatda təxribatların artıq sistemli xarakter almağa başlanıldığı bildirilib.

"Son məlumata görə, avqustun 11-dən 12-sinə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri fasilələrlə Çəmbərək rayonunun Çəmbərək, Ttucur, eləcə də Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Gədəbəy rayonunun Zamanlı, Qaravəllər, Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu halın davamlı olaraq təkrarlanması ilə Ermənistan tərəfi hərbi əməliyyatlar tam dayandırıldıqdan sonra bölgədə vəziyyəti yenidən gərginləşdirmək və sülh prosesinə qarşı ciddi təhdidlər yaratmaqla hərbi qulluqçularımızla yanaşı, sərhədyanı ərazilərdə yaşayan mülki şəxslərin də həyat və sağlamlığını təhlükə altında qoyur", - deyə bəyanatda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər