13 Avqust 2021 12:59
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər ölkəmizdə də koronavirusa yoluxanların sayında artımlar müşahidə olunur. Bütövlükdə regionda virusun yeni dalğası qeydə alınmaqdadır. Aydındır ki, sərt karantin tədbirləri real sektordakı aktiviyi qorumaq baxımdan arzuolunan deyil.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, epidemioloji vəziyyətin necə dəyişməsi bu istiqamətdə qəbul ediləcək qərarlara birbaşa təsir göstərəcək:

"Bir sıra inkişaf etmiş ölkələrin, xüsusi Böyük Britaniyanın təcrübəsi göstərir ki, sərt karantin tətbiq edilməməsi üçün ən məqbul yol vaksinasiya səviyyəsini artırmaqdır. Ümumdünya Səhiyyə Təşkilatı əhali arasında vaksinasiya səviyyəsinin ən azı 65 faizdən çox olduğu halda əvvəlki normal həyata qayıtmağın mümkünlüyü qənaətindədir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, indiyədək 5 milyon 607 min peyvənd aparılıb. Hər iki doza peyvənd olunanların sayı isə 2 milyon 320 min nəfərdir. Azərbaycanda əhalinin cəmi 28.1 faizi hər iki doza peyvənd olunub. Göründüyü, tam vaksinasiya səviyyəsinə görə Azərbaycan Qazaxıstan ilə birlikdə MDB-də ilk yerləri bölüşsələr də peyvənd olunan vətəndaşlarımızın sayı hələlik ÜST-nin 65 fazilik tövsiyyəsindən aşağıdır".

Millət vəkili bildirib ki, ötən ilin yaz aylarında tətbiq edilən sərt karantin tədbirləri Azərbaycanda iqtisadiyyatın 20 fəaliyyət sahəsinə təsir göstərmişdi: "Onlardan 11-də fəaliyyətlərin tamamilə dayandırılması qeydə alınmışdı. Bu ilin 7 ayında 2.7 faizlik iqtisadi artım qeydə alınmasına isə fevral ayından sonra sərt karantin tədbirlərin yumşaldılmasının xüsusi təsiri oldu. Bu baxımdan, sərt karantinin tətbiq olunmaması və yoluxma sayının optimallaşdırılması üçün hər birimizin vaksinasiya prosesində fəal iştirakımız vacibdir. Yalnız qaydalara əməl etmək və peyvənd olunmaqla əvvəlki normal həyata qayıtmaq mümkündür".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər