14 Avqust 2021 11:46
400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda gənc oğlan yüksək dozada narkotik maddə qəbul etməsi nəticəsində ölüb.

Teleqraf.com xəbər verir ki, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsində qeydə alınıb.

Həmin küçədəki evlərdən birində yaşayan 22 yaşlı F.B. dozada metamfetamin ("patı") qəbul etməsi səbəbindən vəfat edib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər