Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində cari ilin yanvar-iyun aylarında 56063 doğulan körpə qeydə alınıb.
Bu barədə Teleqraf.com-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin hər 1000 nəfərinə bu göstərici 11,3 təşkil edir. Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqları olub.
İlin birinci yarısında Azərbaycanda qeydə alınan ölüm halının sayı da açıqlanıb.
Bu ilin birinci yarısında ölkədə 37047 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,5 təşkil edib.