"Bu yaxınlarda Ağdam sakinləri üçün "Yolumuz Ağdama" adlı səfərlər təşkil olunacaq".
Bunu Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Onun sözlərinə görə, artıq bununla bağlı işlər tamamlanmaq üzrədir:
"Mina təhlükəsi hələ tam aradan qalxmayıb. Çox ciddi təhlükə hələ də qalmaqdadır. Biz təhlükəsizlik məsələlərini nəzərə alaraq geniş ictimaiyyətin iştirakı ilə bütün prosesləri həyata keçirmək niyyətindəyik"./Report/