4 Sentyabr 2021 00:43
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq rəssamı, heykəltəraş Arif Qazıyev bu gün vəfat edib.

Bu barədə APA-ya rəssamın yaxınları məlumat verib.

Teleqraf.com xəbər verir ki, Arif Qazıyev 1937-ci ildə yanvarın 2-də İrəvan şəhərində anadan olub.

Müxtəlif janrlarda və mövzularda yaradılmış “Babək”, “Hüseyn Cavidin büstü” (H.Cavidin Naxçıvanda ev-muzeyi), ”Qırat bizi gözləyir”, ”Qafqaz qartalları”, ”Cəngi”, “Canlı gala”, “Dəhşət”, ”Soyuq”, ”İki bumeranq” və s. əsərlərin müəllifi olan 84 yaşlı incəsənət xadimi Arif Qazıyev 2018-ci ildə Azərbaycanın xalq rəssamı adına layiq görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər