7 Sentyabr 2021 14:52
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir təhsil müəssisəsinə daxil olan şəxsin hərarəti ölçüləcək, sonra içəri buraxılacaq.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirillən brifinqində deyib.

O qeyd edib ki, əgər şəxsin hərarəti 37 dərəcədən yüksək olarsa, təhsil müəssisəsinə buraxılmayacaq: "Əgər kiminsə hərarəti qalxarsa, o, xüsusi otaqlarda izolyasiya edilərək, müvafiq tədbirlər görüləcək. Məktəbdə kiminsə COVID-19 test nəticəsi pozitiv çıxarsa, Gigiyena və Epidemiologiya Mərkəzinə məlumat veriləcək. Mərkəzin əməkdaşları məktəbdə araşdırma apardıqdan sonra müvafiq qərar qəbul ediləcək" .

Rüstəm Ağayev qeyd edib ki, "Məktəblinin dostu" layihəsinə 226 məktəbdə 400 əməkdaş cəlb olunub: "Tədris ili başlayır, məktəbdə prosesi qurub tədbirləri görürük. Lakin məktəbin xaricində valideyn sıxlığı yaşanır. Əgər kiminsə övladında kəskin respirator xəstəlik əlamətləri varsa, övladını məktəbə gətirməməlidir. Hətta ötən il bəzi valideynlər COVID xəstəsi övladlarını məktəbə yollayırdılar. Xahiş edirəm ki, bu kimi məsələlərə diqqət edək"


Müəllif: Aysel Azad

Oxşar xəbərlər