15 Sentyabr 2021 17:32
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan polisinin Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünü saxlanılması ilə bağlı məlumatlar yayılıb.

DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov Teleqraf.com-a açıqlamasında bildirib ki, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə giriblər:

"Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar. Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək".

Xatırladaq ki, erməni KİV-ləri Azərbaycan polisinin Xankəndiyə və İrəvana sement daşıyan iki iranlı sürücünü saxladığı barədə məlumat yaymışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər