27 Sentyabr 2021 10:20
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə Vətən müharibəsinin ildönümü anılır.

Teleqraf.com-un məlumatına görə, anımn günü ilə bağlı Gəncədə silsilə tədbirlər keçirilir.

Tədbirlərdə Quru Qoşunların komandanı, general-mayor Ənvər Əfəndiyev də iştirak edir. Rəsmilər Gəncənin Şəhidlər Xiyabanı ziyarət olunub, əbədi məşəl abidəsinin önünə əklil qoyulub.Gəncənin İmamzadə türbəsində şəhidlərin ruhuna dua oxunub.

Şəhidlər xiyabanı ziyarət edildikdən sonra Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazilər ziyarət olunub. Daha sonra isə Gəncənin Heydər Əliyev Park-Kompleksində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan ağacəkmə aksiyası baş tutub.


Müəllif: Teleqraf.com