Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Teleqraf.com-un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 7 nəfər, o cümlədən Xaçmaz rayonunun Uzunoba kəndində intihara cəhd edən 1 nəfər xilas olunub. Həmçinin, Sumqayıt şəhərində 1937-ci il təvəllüdlü Cəfərov Həmzəli Cəfər oğlunun meyiti mənzildə bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.