12 Dekabr 2021 14:27
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bərdədən Ağdama dəmir yolu xəttinin bərpası başa çatdıqdan sonra Xankəndiyə də dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır”.

Teleqraf.com xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O, Şuşaya dəmir yolu xəttinin çəkilməsi barədə də danışıb: “Bu istiqamətdə layihələndirmə işləri gedir, amma tikinti işlərinə nə vaxt başlanılacağını deyə bilmərəm. Qərar verilsə, ondan sonra işlərə başlanılacaq".


Müəllif: Teleqraf.com