13 Yanvar 2022 18:08
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində şəhidlərin xatirəsinə həsr edilmiş lövhədə Azərbaycan dilinin qramatik qaydalarının kobud şəkildə pozulduğunu əks etdirən görüntülər yayılıb.

“Zirvələrə laiq olanlar, bu gün o zirvəni fəth eliyirlər” adlı xatirə lövhəsi ilə bağlı görüntülər sosial media izləyicilərinin geniş müzakirəsinə səbəb olub.

Qeyd edilir ki, "layiq", "zirvələri" (əgər sitat deyilsə), "eləyirlər" (yaxud "edirlər") yazılmalıdır. Hətta cümlənin sonunda müvafiq durğu işarəsi qoyulmalıdır.

Teleqraf.com-a açıqlamasında Mingəçevir Şəhər İcra Hakimiyyəti, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sahib Əliyev bildirib ki, sözügedən lövhədən xəbərləri yoxdur.

Sahib Əliyev qeyd edib ki, o lövhənin harada, hansı küçədə, hansı idarənin qarşısında quraşdırılmasından xəbərsizdirlər:

“Sosial şəbəkədə yayılan görüntülərdə də ünvan göstərilmədiyinə görə, ərazini dəqiqləşdirə bilmirik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər