Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri Şəhidlər xiyabanına gedərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.
QMİ-nin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, şəhidlərin ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb.