21 Yanvar 2022 17:50
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Silahlı Qüvvələrinin əmlakı və maddi-texniki təminatı ilə qanunvericiliyə dəyişiklik edilir.

Teleqraf.com-un məlumatına görə, bununla bağlı "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanunun 9-cu maddəsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və təminat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Qanunun hazırkı bəndi isə belədir: "Silahlı Qüvvələrin dinc, real təhdid, səfərbərlik və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və tələbat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər