22 Yanvar 2022 20:43
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Antibiotiklər bakterial infeksiyalarda təsirli dərman preparatı olduğuna görə virus mənşəli infeksiyalarda bir mənalı olaraq mənası və yeri yoxdur.

Teleqraf.com xəbər verir ki, ambulator olaraq COVID-19 müalicəsində antibiotik resepti yazılması bəzən çox ciddi fəsadlara yol aça bilər.

Xəstəxanada müalicə olunan COVID-19 xəstələrinin teqribi 3-6 faizində yanaşı olaraq bakterial infeksiya olur. Hətta influenza ilə bağlı infeksiyalarda bakterial infeksiya olması COVID xəstələrinə nisbətən daha çoxdur.

Antibiotik resepti yazılmazdan əvvəl xəstə vizual olaraq həkim infeksionist tərəfindən müayinə olunmalıdır. Ehtiyac olduqda qan analizinə baxılmalıdır. Geniş spektrumlu antibiotiklərin yersiz istifadəsi ciddi yan təsirlərə , resistant bakteriaların yaranmasına səbəb ola bilər. Bununla yanaşı, normal bakterial floraya ciddi yan təsirləri funqal infeksiyalarən əmələ gəlməsinə zəmin yaradır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər