16 Fevral 2022 20:56
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Milli Məclisin deputatı Tahir Kərimliyə cavab verib.

AQTA-dan Teleqraf.com-a bildirilib ki, Milli Məclisin ötən gün keçirilən iclasında deputatın qurumun fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər araşdırılıb.

Məlumatda bildirilib ki, qanunsuz küçə ticarətinə nəzarət AQTA-nın fəaliyyət sahəsinə daxil deyil: "Eyni zamanda İnzibati Xətalar Məcəlləsində qida təhlükəsizliyi ilə bağlı pozuntulara görə, ümumiyyətlə, 1400 manat məbləğində cərimə tətbiqi anlayışı yoxdur. Bu günədək Agentliyin yoxlama-nəzarət tədbirləri çərçivəsində heç bir tərəvəz məhsullarının satışı ilə məşğul olan şəxsə 1400 manat məbləğində cərimə tətbiq olunmayıb. Bununla bağlı əlavə sorğulara cavab verməyə hazırıq. AQTA səlahiyyətlərinə uyğun olaraq, qida təhlükəsizliyinin təmin olunması ilə bağlı qanunvericilik çərçivəsində nəzarət və tənzimləmə fəaliyyətini həyata keçirir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər