5 Mart 2022 19:12
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin araşdırmaları zamanı müəyyən olunub ki, istehlakçılar tikinti-quraşdırma işlərinin aparılması üçün podratçı təşkilatların tapılmasında və onlara dair məlumatların əldə edilməsində çətinliklərlə üzləşirlər.

Bu barədə Teleqraf.com-a qurumdan bildirilib.

Təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı sahəsində lisenziya alan xeyli sayda təşkilatlar mövcud olsa da, məlumat çatışmazlığı ilə əlaqədar istehlakçıların onlara çıxış imkanları məhduddur. Bununla əlaqədar olaraq, ictimaiyyətin məlumatlandırılması məqsədilə qeyd edilən sahədə lisenziya alan təşkilatlar barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.

Cədvələ keçid: https://bit.ly/3C8DPiG

Məlumatlar mütəmadi olaraq yenilənəcək. Cədvəldə qeyd olunmayan təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı sahəsində lisenziyası olan təşkilatlar siyahıya əlavə edilməsi ilə əlaqədar Dövlət Xidmətinə müraciət edə bilərlər.

Təbii qaz istifadəçilərinin obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinə qədər tikinti-quraşdırma işini lisenziyası olan podratçı və yaxud qaz paylayıcısı həyata keçirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər