13 Mart 2022 21:27
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri növbəti reyd zamanı dayanma-durma qaydalarını pozan 23 sürücü barəsində inzibati protokol tərtib olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, şəhər ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilən tədbirlər nəticəsində hərəkətin intensiv olduğu ərazilərdə, dayanma-durmanın qadağan edildiyi yollarda nəqliyyat vasitələrini park edən sürücülər aşkarlanıb. Onlarla profilaktik söhbətlər aparıldıqdan sonra barələrində inizbati tənbeh tədbirləri görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər