Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi narkotik və psixotrop dərman preparatlarının alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Teleqraf.com dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Azərtibbtəchizat” MMC-dir.
Qalib şirkətə 1 173,3 min manat ödəniləcək.