8 Aprel 2022 15:18
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yarışlarda tank heyətləri minalanmış sahələri və digər maneələri dəf etdikdən sonra təyin olunmuş müddətdə şərti düşmənin yer, hava hədəflərini, eləcə də tank əleyhinə vasitələrinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları icra edirlər.

Yekun nəticələrə əsasən ən yaxşı tank heyəti müəyyən olunacaq.


Müəllif: Teleqraf.com