Qan azlığı bir çox insanın rast gəldiyi sağlamlıq problemlərindəndir. Adətən qan analizi verən zaman qan azlığı olan insana anemiya diaqnozu qoyulur. Bəs bu halda nə etmək lazımdır?
Teleqraf.com xəbər verir ki, anemiya diaqnozu qoyulduqdan sonra müalicə üçün hematoloqa müraciət olunmalıdır. Bu halda ilk olaraq həkim anemiyanın səbəbini müəyyən edəcək.
Anemiyanın müxtəlif səbəbləri ola bilər. Bunlar müxtəlif səbəblərdən qan itkisi, dəmir çatışmazlığı, B12 vitamini çatışmazlığı, fol turşusu çatışmazlığı, genetik xəstəliklər kimi səbəblərdir.
Səbəbləri müəyyən etdikdən sonra müvafiq olaraq müalicə aparılır.
Qan azlığı probleminə laqeyd yanaşılmamalıdır. Təəssüf ki, bir çox hallarda insanlar anemiyadan əziyyət çəkdiyini bilmirlər və təsadüfi qan analizi ilə bu problemi aşkar edirlər.
Solğun dəri, saç tökülməsi, dırnaqların kövrəkləşməsi və dırnaqlarda ağ ləkələrin yaranması, ağız ətrafında çatlar, zəiflik və yuxululuq, başgicəllənmə və arabir baş ağrıları, tinnitus, ürək ağrısı, Anemiyanın əlamətləridir.