10 May 2022 13:09
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə qanunsuz miqrantların sayı çox azdır. Ölkədə ümumi əcnəbilərin sayı 142 mindirsə, qanunsuz miqrantların sayı 3-4 min arasında dəyişir. Zəruri tədbir kimi bu miqrantlar saxlanma mərkəzlərinə yerləşdiririlir. COVID-19 pandemiyası ilə bağlı saxlanma mərkəzlərinə məhdud sayda miqrant yerləşdirilməsi həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda miqrantların saxlanma mərkəzlərində 10 miqrant var: "Bu şəxslərin qanuni qaydada ölkədən kənara çıxarılması təmin edilənədək həmin mərkəzlərdə saxlanılacaqlar".

Vüsal Hüseynov bildirib ki, qanunsuz miqrantlar arasında qonşu dövlətlərdən olan vətəndaşlar üstünlük təşkil edir: "Cənub-şərqi Asiya ölkələrindən ölkəmizə səfər edənlər də bu siyahıda yer alır. Hazırda iUkrayna müharibəsi ilə əlaqədar ölkəmizə daxil olan miqrantların sayında artım var. Ukraynadan olan qanunsuz miqrantların dəqiq sayını deyə bilmərik, çünki ölkələrində olan mövcud vəziyyətlə əlaqədar qayıda bilmədikləri üçün onlara fərqli yanaşma tətbiq olunur.

Miqrasiya baxımından Ukrayna vətəndaşları ölkəmizdə 90 gün vizasız yaşaya bilərlər. Müharibə başlayan tarixdən - 24 fevraldan 24 maya qədər bu şəxslərin ölkədə qalması leqaldır. Qarşıdakı dövr üçün bu şəxslərin ölkədə leqal qalması üçün tədbirlər nəzərdə tutulur".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər