"Heç kimə bənzəməyən, fərqli adam idi Qadir müəllim. Sevdiyi adamları qorumağı da bacarırdı, onlarla qürur duymağı da...".
Teleqraf.com xəbər verir ki, bu sözləri DİN ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bu gün dünyasını dəyişən tanınmış jurnalist Qadir İbrahimli haqqında yazıb.
O, Qadir İbrahimliyə Daxili İşlər Naziri Vilayət Eyvazovun xüsusi ehtiramı olduğunu vurğulayıb:
"Gəncə şəhərindən tanıdığı bir müəllim dostunun övladı Polis Akademiyasının müsabiqə vaxtına 5 gün gecikmişdi. Müsabiqə başa çatmışdı. Zəng vurdu ki, kömək lazımdır. Baxmayaraq ki, çox gec idi. Ancaq onun adı olan yerdə o məsələlər həmişə həll edilirdi, bu barədə yuxarı rəhbərliyə deyəndə; "kömək edin, həll edin.. Qadir müəllim heç kimə bənzəməyən, təmənnasız adamdır...".
"Onu hamı elə tanıyırdı. Allah rəhmət eləsin.
Fəxrlə anılacaq, şərtsiz dost öhdəliyi olan Qadir müəllim!"- Elşad Hacıyev yazıb.