2 Dekabr 2014 15:55
2 725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda özəl klinikalardan birinin - “Atlas Medical Center” MMC-nin fəaliyyəti dayandırılıb.

Bu barədə Trend İnformasiya Agentliyi məlumat yayıb. Belə ki, klinikanin fəaliyyətinin dayandırılması onun fəaliyyətindəki bəzi nöqsanlarla bağlı olub.

Səhiyyə Nazirliyindən adıçəkilən klinikanın bağlanması faktını təsdiqləyiblər.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, Səhiyyə Nazirliyinə “Atlas Medical Center” MMC-nin lisenziyasının əlavəsində göstərilən xidmətlərdən kənar - ginekoloji və doğuşayardım xidmətlərinin göstərilməsi barədə müraciət daxil olub. Nazirliyin müvafiq yoxlama komissiyası həmin məlumatlar əsasında bu müəssisədə araşdırma aparıb. Yoxlama nəticəsində “Atlas Medical Center” MMC tərəfindən qanunsuz ginekoloji və doğuşayardım xidmətlərinin göstərilməsi faktı təsdiqlənib.

Anar Qədirli əlavə edib ki, ümumilikdə müəssisədə tibb xidmətlərinin təşkili zamanı mövcud normativlərin tələblərinin ciddi şəkildə pozulması faktı aşkarlanıb. Qeyd olunanları nəzərə alaraq, Səhiyyə Nazirliyinin komissiyası tərəfindən “Atlas Medical Center” MMC-nin tibb fəaliyyəti nöqsanlar tam şəkildə aradan qaldırılana qədər dayandırılıb.

Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən sözügedən klinikanın əməkdaşı Aytən Əliyeva isə xəbərin doğru olmadığını deyib. O, bildirib ki, klinikanın bağlanması barədə onlara hər hansı göstəriş verilməyib və tibb mərkəzi hazırda fəaliyyətdədir, xəstə qəbulunu davam etdirir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər