“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Rusiya Federasiyası Moskva şəhərinin Alabino poliqonunda təşkil olunan “Dostluq evi”ndə yaradılmış Azərbaycan pavilyonu ziyarətçilərdə böyük maraq doğurur.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Oyunlarda iştirak edən nümayəndələr və qonaqlar sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, eləcə də məişətinə aid nümayiş olunan ekspozisiyaları maraqla izləyirlər.