16 Avqust 2022 19:07
381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tovuz nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanın tanınmış fotoqrafı Valeh Arifoğlu ilə rayon gənclərinin görüşü keçirilib.

Teleqraf.com xəbər verir ki, görüş zamanı gənclərə fotoqrafiyanın tarixi, düzgün kadrların çəkilməsi, xarici və yerli fotoqrafiya, həmçinin ilkin vərdişlərin formalaşmasından danışılıb.
Bildirilib ki, informasiya aləminin bugünkü qaynar çağında məlumatı daha dolğun çatdıran, insanlara emosional təsir edən və bununla yanaşı, yaradıcılıq nümunəsi kimi diqqət çəkən, estetik zövq formalaşdıran sənətlərdən biri də fotoqrafiyadır. Bədii, sənədli, elmi, texniki, peyzaj və s. janrları ilə yanaşı, foto məişətə də daxil olaraq sevimli məşğuliyyətlərdən birinə çevrilib.

“Fotoqrafiyanın inkişafı cəmiyyətin tələbatından irəli gəlir. Qəzet-jurnal bazarının kütləviləşməsi fotoqrafiyanı müxbirlik sahəsinə istiqamətləndirib. İlk kino lentləri yaranan zaman fotoqrafiya parlaqlıq və estetikası ilə əsl sənət kimi çıxış edirdi”, - deyə V.Arifoğlu deyib.
Sonda fotoqraf tərəfindən gənclərin sualları cavablandırılıb, həmçinin praktiki tapşırıqlar icra olunub.

Tanınmış fotoqraf gənclərin bu sahəyə olan marağını yüksək qiymətləndirib.


Müəllif: Teleqraf.com