19 Avqust 2022 19:10
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 15-dən şimal bölgəsində yanğınlar davam edir.

Teleqraf.com-un məlumata görə, yanğınlar Şabran, Siyəzən, Quba və Xaçmaz rayonlarında olmaqla, böyük ərazini əhatə edib. İlkin hesablamalara görə, yanğın 4 min hektara yaxın əraziyə ziyan vurub.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Qubada media nümayəndələrinə müsahibəsində bildirib ki, genişmiqyaslı yanğın ilk olaraq Şabran rayonunun Dağbilici kəndi yaxınlığında biçilmiş əkin sahəsindən başlayıb.

“Yanğının əsas səbəbi insan amili ilə bağlıdır. Ümumiyyətlə, ölkəmizdə baş verən yanğınların 98 faizi insanların təsiri ilə baş verib. Ötən beş gün müddətində güclü küləklə müşayiət olunan hava şəraiti oldu. Küləyin sürəti bəzən 18-22 km/san çatırdı. Yanğını fiziki cəhətdən söndürmək mümkünsüzləşirdi. Bəzən yanğınsöndürənlər boğulmaq təhlükəsi ilə üz-üzə qalırdılar. Çox şükür olsun ki, bu yanğın hadisələri zamanı xəsarət alan olmadı. Vətəndaşlarımızdan xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər”, - deyə Etibar Mirzəyev söyləyib.


Müəllif: Foto: Elnur Muxtar

Oxşar xəbərlər