24 Avqust 2022 13:10
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçın dəhlizində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi postların sökülməsinə başlanılıb.

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, söküntü işlərinə avqustun 23-dən start verilib və davam etdirilir.

Bununla da Laçın şəhəri, Laçın rayonunun Zabux və Sus kəndləri aid olduğu dövlətin - Azərbaycanın nəzarətinə keçəcək.

Müvəqqəti postlar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Qarabağla Ermənistan arasında əlaqəni təmin edən yeni hərəkət marşrutunda quraşdırılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər