31 Avqust 2022 12:36
333
12 Punto 14 Punto 16 Punto 18 Punto

TƏBİB Xalq artisti Ənvər Həsənovun son durumu ilə bağlı məlumat yayıb.

Qurumdan Teleqraf.com-a verilən məlumata görə, Xalq artisti Ənvər Həsənovun müalicəsinə TƏBİB-in tabeliyində olan Xəzər Tibb Mərkəzində davam edilir.

Bildirilib ki, avqustun 30-da “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilən Ə.Həsənovun bir neçə gün əvvəl ev şəraitində koronavirusa yoluxduğu məlum olub: "COVID-19-la bağlı verilən testin nəticəsi də bu gün pozitiv çıxıb. Eyni zamanda, avqustun 31-də xalq artistinin ağciyərinin yoxlanılması məqsədilə TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan həkim-pulmonoq dəvət edilib. Müayinə zamanı xalq artistinin ağciyərində hər-hansı ağırlaşmanın olmadığını və iltihabın aparılan müalicə prosesinə uyğun olaraq sovrulduğu müşahidə edilib".

Qeyd olunub ki, hazırda Ə.Həsənovun vəziyyəti stabildir və ona bütün zəruri tibbi xidmətlər göstərilir.

TƏBİB-dən həmçinin bildirilib ki, xalq artisti öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəsinin davam edilməsini istəyir.

Əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər