Səfərbərliyin elan olunması barədə müvafiq icra hakimiyyəti orqanının qərarı dərhal kütləvi informasiya vasitələri (KİV) ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır.
Teleqraf.com xəbər verir ki, bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.
Dövlət Xidməti sosial şəbəkələrdə 10 gün ərzində ölkəmizdə səfərbərlik elan olunacağı barədə yayılan məlumatı qəti təkzib edib:
“Səfərbərlik xidməti əhalini sosial şəbəkələrdə yayılan şayiələrə inanmamağa, yalnız rəsmi qurumlara etibar etməyə çağırır”.