26 Sentyabr 2022 11:16
280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatları, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, qrupun üzvləri Ağalar Vəliyev və Elman Məmmədov sentyabrın bu gün Rumıniyanın Buxarest şəhərinə səfər edəcəklər.

Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində deputatlarımız Xorvatiya parlamentinin Nümayəndələr Palatasının sədr müavini, Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri və digər deputatlarla görüşəcəklər.

Görüşlərdə parlamentlərarası əlaqələrin və ikitərəfli münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Sentyabrın 28-də nümayəndə heyətimizin Konstansa şəhərinə səfəri və burada diaspor ilə görüşü də nəzərdə tutulub.


Müəllif: Nemət

Oxşar xəbərlər